İsrailin "Haarets" qəzetinin ABŞ diplomatik mənbələrinə istinadən yazdığına görə, ABŞ Prezidenti Barak Obama iyun ayında İsrail və Qərb Sahilinə səfər edəcək.
Obama iyunda Fransanı ziyarət etdikdən sonra regiona qısa səfər edəcək.
İsrailin yeni Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İsrailə səfər etmək qərarı, ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllində aktiv rol oynadığını sübut etmək istəyindən irəli gəlir.
Ötən həftə İsrailin yeni xarici işlər naziri Aviqdor Liberman 2007-ci ildə Annapolisdə Fələstin Administasiyası ilə imzalanmış razılaşmaya əməl etməkdən imtina etdi.
Obamanın gəlişindən öncə ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçell regiona səfər edəcək.
"Haarets" yazır ki, Corc Buş Administarsiyasından fərqli olaraq, ABŞ-ın yeni Administrasiyası HƏMAS-ın Fələstinin milli hökumətinə daxil olmasının əleyhinə deyil. Lakin ABŞ Yaxın Şərq dördlüyünün (ABŞ, Aİ, BMT və Rusiya) HƏMAS-la istənilən diplomatik danışıqlardan imtina edilməsi qərarını dəstəkləyir. Dördlük tələb edir ki, HƏMAS İsrail dövlətinin mövcud olmasını tanısın və müqavimət göstərməkdən əl çəksin.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]