...

Rusiya XİN rəhbəri Qırğızıstanın "Manas" bazasının bağlanılması qərarına hörmət etməyə çağırıb

Dünya xəbərləri Materials 13 Aprel 2009 17:34 (UTC +04:00)

"Qırğızıstanın "Manas"dakı Amerika bazasının bağlanılması barədə qərarı ölkə rəhbərliyi tərəfindən müstəqil şəkildə qəbul olunub, suveren xarakter daşıyır və biz hesab edirik ki, ona hörmətlə yanaşmaq lazımdır", - Rusiya XİN rəhbəri Sergey Lavrov "Mir" teleradioşirkətinə müsahibəsində bildirib.

"2005-ci ildə ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitində beynəlxalq koalisiya ölkələrinə Mərkəzi Asiya ölkələrinin ərazilərində qalacaqları müddəti müəyyən etmək tövsiyəsi verilib, - Sergey Lavrov deyib. - ŞƏT üzvləri antiterror əməliyyatının "qaynar" mərhələsinin arxada qaldığını rəhbər tutaraq belə qərar vermişdi. Yeri gəlmişkən, Amerika nümayəndələri də bu barədə danışıb. 2005-ci ilin sonunda Özbəkistan rəhbərliyinin qərarı ilə Xanabaddakı Amerika aviabazası bağlanılıb".

"Odur ki, "Manas" məsələsi istisna bir hal deyil, - nazir əmindir. - Dünya ictimaiyyətinin Əfqanıstandakı qalmaqda olan məqsədlərinə dəstəyi başqa formalarda vermək olar". "Rusiya, məsələn, Mərkəzi Asiya ölkələri ilə birlikdə qeyri-hərbi yüklərin tranziti üçün imkanlar yaradır", - o, əlavə edib. Bu barədə "24.kg" İA yazır.

Xəbər lenti

Xəbər lenti