...

İsrailin sabiq Baş naziri VIII Avrasiya media-forumunda iştirak edəcək

Dünya xəbərləri Materials 21 Aprel 2009 12:27 (UTC +04:00)

Qazaxıstan, Astana, / Trend , müxbir K.Arınova/

İsrailin sabiq Baş naziri Ehud Olmert 22-24 aprel tarixlərində Qazaxıstana səfər edəcək. Bu barədə Trend-in xüsusi müxbirinə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İlyas Ömərov məlumat verib.

"İsrailin sabiq Baş naziri VIII Avrasiya media-forumunda iştirak etməyi planlaşdırır", - deyə Ömərov bildirib.

Forumun proqramında qlobal maliyyə böhranı, müasir jurnalistikanın obyektivlik problemi, virtual media məkanı, bloqsahələrin inkişafı fenomeni kimi dünya ictimaiyyəti üçün aktual olan mövzuların müzakirəsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti