...

Pakistanın Baş naziri Əfqanıstan Prezidenti ilə görüşüb

Dünya xəbərləri Materials 13 May 2009 14:35 (UTC +04:00)

Bu gün İslamabadda Əfqanıstan Prezidenti Həmid Kərzayi Pakistanın Baş naziri Yusuf Rza Gilani ilə görüşüb. AVA Press Əfqanıstan informasiya agentliyinin verdiyi məlumata əsasən, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib. Kərzayi Əfqanıstana yardım məqsədilə regional əməkdaşlığa həsr edilmiş üçüncü konfransda iştirak etmək üçün əfqan nümayəndə heyətinin başçısı qismində Pakistana səfər edib.

Görüş çərçivəsində tərəflər təhlükəsizlik sahəsi və "Taliban" hərəkatına qarşı birgə mübarizə barədə müzakirələr aparıb.

"İqtisadiyyatın inkişafı və ölkədə quruculuq işlərinin aparılması üçün Pakistan Əfqanıstana 300 milyon manat həcmində vəsait ayırmağa hazırdır", - konfransın açılış mərasimində Gilani deyib. 

Əfqanıstana yardım məqsədilə regional əməkdaşlığa həsr edilmiş konfransda 40 ölkədən yüksək vəzifəli şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti