...

Azərbaycan heyranedici "Eurovision rəqs 2009" şousunu Avropaya yüksək səviyyədə təqdim edəcək - Eurovision TV-nin baş direktoru

Dünya xəbərləri Materials 14 May 2009 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı 14 may / Trend , müxbir C.Babayeva /
Bütün Avropa tərəfindən diqqətlə izlənilən "Eurovision rəqs- 2009" müsabiqəsi 26 sentyabr 2009-cu il tarixində Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Bundan əvvəl də təşkilatçılar tərəfindən qeyd edildiyi kimi, bu il daha çox tamaşaçı auditoriyası, əvəzolunmaz və çox həyacanverici televiziya şousu gözlənilir. "Eurovision rəqs 2009" yarışmasının necə olacağı və hazırlıq prosesinin necə getməsi barədə Eurovision TV-nin baş direktoru cənab Byorn Eriksenin müsahibəsi

- Siz Eurovision rəqs müsabiqəsindən konkret nə gözləyirsiniz?
- Bizim Azərbaycandan olan həmkarlarımız , yarışın təşkilatçıları sözün əsl mənasında böyük bir şou proqram təşkil etməyi planlaşdırırlar. Avropa tamaşaçısının qeyri-adi və heyranedici rəqs şousunu seyr etmək imkanı əldə edəcəyi "Eurovision rəqs 2009" müsabiqəsi üzərində yüksək və çox peşəkar səviyyədə hazırlıq işləri aparılır.
- Proqramın necə keçiriləcəyi haqqında konkret bir neçə məlumat verə bilərsiniz?
- Mən bu yaxınlarda şounun keçiriləcəyi səhnənin planını görmüşəm-bu həqiqətən heyran edici idi! İlk növbədə mən səhnənin ölçülərini qeyd edəcəm. Onlar 63x43 metrdir ki, bu da çox möhtəşəmdir. Belə anlamaq olur ki, bu tamaşaçıların rahat şəkildə şounu seyr edə bilməsi və bu həyacanı daha ürəkdən yaşamaları üçün bir neçə hissəli səhnə və böyük səhnə arxası olacaq. Bu səhnə son Eurovision rəqs müsabiqəsindəki səhnə standartlarından da yüksəkdir. Səhnədə yaşananlar tamaşaçıya özünü gözəl və həyacanverici məhəbbət hekayəsində hiss etməyə imkan verəcək. Əlavə olaraq onu da qeyd edim ki, 2009-cu il rəqs müsabiqəsində böyük TV açıq hava şousu da gözlənilir. Bu şou 24 sentyabr Bakıda keçiriləcək və bütün Eurovision iştirakçı ölkələrində nümayiş olunacaq.
- Müsabiqənin azərbaycanlı təşkilatçıları haqqında nə deyə bilərsiniz?
- Onlar çox professional və yaradıcıdırlar! Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəqs Federasiyası və İctimai TV-dən olan nümayəndələrdən ibarət komanda həm hazırlıq, həm də təşkilati məsələləri yüksək səviyyədə həyata keçirir. Onlar şounu çox maraqlı və cəlbedici edən çox sayda ideya və yenilikləri masa üstünə qoyurlar. Şounun 4-5 aydan sonra olmasına baxmayaraq təşkilatçılar suvenir, hətta futbolkaların görkəminin necə olacağı daxil edilən tədbir dizaynını bizə nümayiş ediblər. Bütün bu möhtəşəmlik Nümayəndə Heyətinin Rəhbərlərinin 26 aprel tarixində Bakıya etdikləri səfər zamanı təqdim edilib.
- Eurovision rəqs müsabiqəsinin iştirakçılarının siyahısı artıq bəllidirmi?
- Qəbul üçün son tarixin bu həftə olduğunun nəzərə alsaq, demək iştirakçıların rəsmi siyahısı da bu həftə bəlli olacaq. Hal hazırda isə əlimizdə apreldə keçirilən təqdimat mərasimində iştirak etmiş Avropa İctimai Yayım Şurasının bəzi üzvlərinin təsdiq olunmamış siyahısı var.

- Dünyada baş verən maliyyə böhranı yarışda iştirak etmək arzusuna nə qədər təsir edib?
- Bu yaxşı sualdır. 2008-ci illə müqayisədə Avropa İctimai TV kanallarının öz büdcələrini, eyni zamanda, əsas xərclərini müəyyən məbləğdə azaltdıqlarını nəzərə alaraq, biz və Azərbaycan tərəfi iştirak haqqının da azaldılması ilə bağlı bu ölkələri məlumatlandırıb. Maliyyə böhranını çox yaxşı anlayan Azərbaycanlı təşkilatçılar iştirakçı ölkələr üçün əlverişli olacaq xüsusi güzəştlər təqdim edirlər. Misal üçün, hər birinin ayrı-ayrılıqda yazısı olacaq banerlərin hər biri Bakıda hazırlanacaq. Azərbaycan xüsusi ilə maliyyə böhranı zamanı artıq özünü stabil, mübariz və yaradıcı bir ölkə və tərəfdaş kimi sübut edib. Azərbaycanlı tərəfdaşlarımız yarışın ən yüksək səviyyədə keçirilməsini, eyni zamanda onun daha çox ölkələrdə TV vasitəsi ilə nümayiş etdirilməsini təmin etmək məqsədi ilə uzaq yola çıxmaqdan belə çəkinmirlər.
- Burada müəmmalı ulduz aparıcı haqqında söhbətlər gedirdi. Bu barədə nə deyə bilərsiniz?
- Mən bilirəm ki, Azərbaycan tərəfi dünya səviyyəli ulduzlarla danışıqlar aparır. Sürpriz seçim çox maraqlı və gözlənilməzdir. Danışıqlar hələ davam edir. Mən hələ heç kəsin adını deyə bilmərəm.
- III Eurovision rəqs müsabiqəsindən nələr gözləyirsiniz?
- 2009-cu il Eurovision rəqs müsabiqəsi çox əhəmiyyətli, iddialı və cəlbedici TV layihəsi olacaq. İctimai Yayım Şurası olaraq Azərbaycanlı tərəfdaşlarımızla birgə bu yarışı unudulmaz etmək bizim ən başlıca məqsədlərimizdən biridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti