...

Əfqanıstana maliyyə yardımlarımızı artıracağıq - Fransanın XİN rəhbəri

Dünya xəbərləri Materials 14 May 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir T.Cəfərov /  

Fransanın xarici işlər naziri Bernar Kuşner bu gün (cümə axşamı) Əfqanıstan Prezidenti Həmid Kərzayi ilə görüşüb. Görüş zamanı Kuşner ölkəsinin Əfqanıstana maliyyə yardımlarını artıracağını bəyan edib. Bu barədə Əfqanıstan Prezident Aparatının mətbuat xidmətindən Trend -a bildirilib.

Kuşner əlavə edib ki, Fransa Əfqanıstanda səhiyyə vəziyyətinin yaxşılaşdırılması və səhiyyə təchizatının təkmilləşdirilməsi məqsədilə bu ölkəyə yardımını artıracaq.

Görüşdə Fransa polisinin Əfqanıstan polisinə təlimlər keçəcəyi məsələsi də müzakirə olunub.

Kuşner bildirib ki, ölkəsi Əfqanıstan gənclərinin Fransada təhsili üçün təqaüd ayıracaq. O əlavə edib ki, gənc əfqan diplomatların təcrübəsinin artırılmasında yardım etməyə hazırıq.

Fransa Əfqanıstanın inkişaf etdirilməsinə dair Parisdə keçirilən konfransda bu ölkəyə 167 milyon dollar ayıracağını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti