...

İran MSK-nın sədri seçkilərin mümkün ikinci turunun tarixini elan edib

Dünya xəbərləri Materials 8 İyun 2009 16:10 (UTC +04:00)

"İran MSK-nın sədri seçkilərin mümkün ikinci turunun tarixini elan edib", - İranın Mehr informasiya agentliyi məlumat verir.

"Prezidentliyə namizədlərin heç biri lazımi qədər səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək", - bu gün MSK sədri Kamran Daneşcu deyib.

O məlumat verib ki, iyunun 12-nə təyin edilmiş prezident seçkiləri saat 10:00 - 18:00 aralığında baş tutacaq. Amma vaxtın gecə yarısına qədər uzadılması variantı da var.

Daneşcu deyib ki, iyunun 12-də kim sadə səs çoxluğunu (50 faiz + 1səs) qazanarsa, o da qalib elan ediləcək. "Əks halda ikinci tur keçiriləcək və orada ən çox səs toplamış iki namizəd iştirak edəcək", - o bildirib.

Onun sözlərinə görə, namizədlərin seçki kampaniyası iyunun 18-dək uzadılacaq.

Xəbər lenti

Xəbər lenti