...

Avropa İttifaqının Türkiyəyə ehtiyacı var -Türkiyənin Dövlət naziri

Dünya xəbərləri Materials 11 İyun 2009 12:35 (UTC +04:00)
Avropa İttifaqının Türkiyəyə ehtiyacı var -Türkiyənin Dövlət naziri

Türkliyənin Dövlət naziri və Avropa İttifaqına üzvlüklə bağlı aparılan danışıqlarda baş müzakirəçisi Egemen Baxış Samsunda keçirdiyi mətbuat konfransında Aİ-nin Türkiyəyə ehtiyacı olduğunu bildirib.

Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

TREND NEWS-un arayışı: Türkiyə ilə Aİ arasındakı əlaqələr 1964-cü ildə imzalanmış Ankara müqaviləsi ilə başlayıb. Aİ 2002-ci ildə müəyyənləşdirdiyi Kopenhagen meyarlarının Türkiyənin üzvlüyü üçün əsas olduğunu bildirmişdi. Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib. 2005-ci ildən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı tərəflər rəsmi müzakirələrə başlayıb. Bəzi ekspertlər son bir ildə Türkiyənin Yaxın Şərq və Qafqaz siyasətində daha da fəallaşdığı halda Aİ-yə üzvlük üçün islahatların həyata keçirilmə prosesində ciddi durğunluq olduğunu hesab edirlər.

"Avropa İttifaqının Türkiyəyə olan ehtiyacı, Türkiyənin Aİ-yə olan ehtiyacından daha çoxdur", - deyə Baxış bildirib.

Xəbər lenti

Xəbər lenti