...

Azərbaycan XİN rəhbəri Yaponiyanın Baş naziri ilə enerji daşıyıcılarının istehsalı və tədarükü məsələlərini müzakirə edib

Dünya xəbərləri Materials 16 İyun 2009 18:03 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Yaponiyanın Baş naziri ilə enerji daşıyıcılarının istehsalı və tədarükü məsələlərini müzakirə edib

"Buraya rəsmi səfərlə gəlmiş Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, bu gün Yaponiya hökumətinin başçısı Taro Asso ilə görüşüb. Məmmədyarov Prezident İlham Əliyevin Bakıya səfər etmək dəvətini və 2006-cı ildə onun Yaponiyaya dövlət səfəri zamanı göstərilən isti qəbula görə təşəkkürlərini çatdırıb", - İTAR-TASS-a Yaponiya XİN-dən məlumat verilib.

Söhbətin əsas hissəsi iqtisadi məsələlərə, ilk növbədə enerji daşıyıcılarının istehsalı və tədarükünə həsr edilib. Məmmədyarov yapon nazirə Azərbaycan iqtisadiyyatı haqqında danışıb. Asso təbii resurslarla zəngin Azərbaycanın regionun və ümumilikdə dünya iqtisadiyyatının inkişafı üçün "geosiyasi vacibliyi"ni qeyd edib.

Həmsöhbətlər Azərbaycan neftinin Mərkəzi Asiyaya tədarükü üçün Xəzər və Qara dənizin əhəmiyyətini xüsusi vurğulayıblar.

Azərbaycan XİN rəhbəri Yaponiyada beş gün olacaq. O, əsasən hökumət nümayəndələri və iş adamları ilə danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti