...

Moskva konfransı Yaxın Şərqdə sülh prosesinin irəliləməsinə kömək edəcək – RF Prezidenti

Dünya xəbərləri Materials 23 İyun 2009 18:17 (UTC +04:00)

"Rusiya Yaxın Şərq münaqişəsinin həllində əməkdaşlığı davam etdirməyə hazırdır və ilin sonunda Moskvadakı sülh konfransı ərəb-israil sülh prosesinin irəliləməsinə yardımçı ola bilər", - Rusiya Prezidenti Dmitri Medvedyev Misirə rəsmi səfəri zamanı deyib. Bu barədə "Vesti" telekanalı məlumat verib.

"Biz Misirin sülh prosesindəki səylərini dəstəkləyirik və regionda sabitliyin qurulması üzrə əməkdaşlıq etməyə hazırıq", - Medvedyev misirli həmkarı Məhəmməd Hüsnü Mübarəklə birgə mətbuat konfransında bildirib.

"İsrailin dekabrın sonu, yanvarın əvvəlində Qəzza Zolağında həyata keçirdiyi hərbi əməliyyatlar regiondakı durumu sabitləşdirmək cəhdlərini heçə endirdi, ancaq Moskvada sülh konfransının keçirilməsi, ərəb və beynəlxalq vasitəçilərin işi buna kömək edə bilər", - Medvedyev bildirib.

"Moskva Qərb Sahilindəki yəhudi qəsəbələri və gələcək Fələstin dövlətinin paytaxtı problemlərinin həllində əməkdaşlıq etməyə hazırdır, - Medvedyev bildirib. - Moskva konfransında bu məsələlərdə böyük irəliləyişə nail olmaq olar".

Rusiya, Yaxın Şərq dördlüyünün üzvü kimi, Yaxın Şərq üzrə konfransı Moskvada keçirməyi təklif edib. Ancaq tərəflərin razılığı alınmadığından məsələ hələ də həll olunmamış qalır. Suriya İsrailin 1967-ci ildə işğal etdiyi Qolan yüksəkliklərini geri qaytarana qədər konfransda iştirak etməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti