...

ABŞ diplomatik münasibətlərin mövcud olmadığı dörd illik fasilədən sonra səfirini Suriyaya qaytarır

Dünya xəbərləri Materials 24 İyun 2009 13:04 (UTC +04:00)

"ABŞ Prezidenti Barak Obama ölkələr arasında diplomatik münasibətlərin mövcud olmadığı dörd illik fasilədən sonra Suriyaya Amerikanın səfirini təyin edib", - İsrailin Haaretz qəzeti, Amerika KİV-inə istinadən xəbər verib.

"ABŞ Dövlət Departamenti Suriyanın Vaşinqtondakı səfiri İmad Mustafanı Prezident Obamanın qərarı haqda məlumatlandırıb", - The Washington Post qəzeti məlumat verib.

"Dəməşqə səfiri qaytarmaqla Obama ABŞ-ın Yaxın Şərqdəki rolunu genişləndirmək və Birləşmiş Ştatların islam və ərəb dünyası ilə münasibətlərini yaxşılaşdırmaq istəyir", - qəzet yazır.

"Suriyada səfirin olması ABŞ-ın maraqlarına cavab verir", - Dövlət Departamentinin nümayəndəsi CNN telekanlına bildirib.

"Suriyanın səfiri Mustafa ABŞ-ın Suriyanın da daxill olduğu Yaxın Şərq ölkələri ilə dialoqu genişləndirmək qərarını alqışlayıb", - CNN məlumat verib. Səfirin təyin olunması haqda rəsmi qərar və diplomatın adı gələn həftə açıqlanacaq.

Vaşinqton Suriyadakı səfirini 2005-ci ildə, Livanın sabiq Baş naziri Rafik Əl-Həririnin ölümündən sonra geri çağırmıb. Onun qətlə yetirilməsində Beyrut günahkar bilinir, həmçinin Aİ Dəməşqin yüksək vəzifəli şəxslərini bu qətldə ittiham edir.

Qətlin təhqiqatı ilə Livan üzrə xüsusi tribunal məşğul olur. Dəməşq isə ünvanına səsləndirilən bütün ittihamları rədd edir.

ABŞ və Suriyanın münasibətləri Ağ Evdə hökumətin dəyişdirilməsindən sonra yaxşılaşıb. ABŞ həmçinin Suriya və İsrail arasında Colan yüksəkliklərinin geri qaytarılması üzrə sülh prosesini də irəlilətməyə çalışır. Ancaq Vaşinqton Dəməşqin üzrindən iqtisadi sanksiyaları qaldırmır. Buna səbəb Suriyanın İraqdakı təhlükəsizliyə mane olmaq iddiasıdır.

Səfirin təyin olunması haqda qərar ABŞ senator və məmurlarının, həmçinin Vaşinqtonun Yaxın Şərqdəki xüsusi səfiri Corc Mitçelin bu ay baş tutan səfərlərindən sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti