...

Rusiyanın 5 aviasiya eksperti İrana səfər edəcək

Dünya xəbərləri Materials 16 İyul 2009 14:39 (UTC +04:00)

İran Aviasiya təşkilatının sözçüsü Rza Cəfərzadə bildirib ki, Rusiyanın 5 aviasiya eksperti İran Aviasiya təşkilatı ilə TU-154 təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırmaq məqsədi ilə Tehrana səfər edəcək. Bu barədə MEHR xəbər agentliyi məlumat verib.

"Hadisənin baş vermə səbəbləri müxtəlif ola bilər. Ona görə indidən konkret və dəqiq səbəb demək səriştəsizlik olar", - Cəfərzadə deyib.

İranın Nəqliyyat Nazirliyinin nümayəndəsi və TU-154 təyyarəsinin qəzaya uğrama səbəblərini araşdıran qrupun rəhbəri Əhməd Məcidi bildirib ki, təyyarənin "qara qutu"su dəqiq araşdırmalar aparılması məqsədi ilə təyyarəni istehsal edən Rusiyaya göndəriləcək.

Trend -un arayışı: İyulun 15-də İranın Qəzvin şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 168 nəfər olub və onların hamısı həlak olub. Onların arasında 15 ekipaj üzvü və iki azyaşlı uşaq var. Təyyarənin bortunda Yerevana təlim məşq toplanşına yollanan İranın cüdo üzrə gənclərdən ibarət milli komandasının 10 nəfər üzvü də olub.

Xəbər lenti

Xəbər lenti