...

Almazbek Atambayev həbs olunan fəalların azad edilməsinə nail olmaq üçün Balıqçıya yollanıb

Dünya xəbərləri Materials 3 Avqust 2009 14:02 (UTC +04:00)

Qırğızıstanın Sosial Demokrat Partiyasının lideri Almazbek Atambayev prezident seçkiləri günü qanunsuz həbs edilənlərin azad edilməsinə nail olmaq üçün bu gün, avqustun 3-də İssık-Kul vilayətinin Balıqçı şəhərinə yollanıb. Bu barədə QSDP-nın mətbuat xidməti məlumat verir, CA-NEWS xəbər verir.
Xatırladaq ki, 2009-cu il iyulun 23-də Qırğızıstanda keçirilən prezident seçkiləri günü Balıqçı şəhərində baş verən hadisə zamanı Atambayevin 15 tərəfdarı hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və kütləvi iğtişaşların təşkilində ittiham olunub.

Xəbər lenti

Xəbər lenti