...

Müxalifət nümayəndələri Mahmud Əhmədinejadın İran Prezidenti seçilməsinin təsdiqlənməsi ilə bağlı keçirilən mərasimdə iştirak etməyiblər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 Avqust 2009 13:41 (UTC +04:00)

Mahmud Əhmədinejadın İran Prezidenti vəzifəsinə seçilməsinin təsdiqlənməsi ilə bağlı mərasim keçirilib, İranın dövlət televiziyası xəbər verir.

Dini lider və dövlət başçısı ayətulla Əli Xamenei İran Konstitusiyasına əsasən seçilmiş prezidentin vəzifəyə başlaması haqda əmri təsdiqləməlidir. Bu andan etibarən Əhmədinejadın ölkə prezidenti vəzifəsini icra etməsinin ikinci müddəti başlayır.   

Rəsmi mərasim Tehranın mərkəzi məcidi Hüseyn İmam Xomeynidə baş tutub. Mərasimdə İranın yüksək vəzifəli şəxsləri, xarici dövlətlərin səfirləri və xarici qonaqlar iştirak ediblər.

Avqustun 5-də Əhmədinejadın andiçmə mərasimi keçiriləcək. 

Prezidentlik vəzifəsinin iki həftəsi müddətində o, parlamentə hakimiyyətin yeni tərkibini təqdim etməlidir.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra məğlub olan müxalifət lideri Mirhüseyn Musəvinin tərəfdarları hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb və onların ləğvini tələb edib. Tehranda kütləvi iğtişalar zamanı 27 nəfər həlak olub, minə yaxın insan həbs olunub.

İranın ali qanunvericilik orqanı - İran Konstitusiyası Keşikçiləri Şurası tərəfindən keçirilən səslərin bir hissəsinin yenidən hesablanması prosesi də prezident seçkilərinin son nəticələrinə təsir etmədi, belə ki, seçkilərin qalibi Əhmədinejad oldu.

Xəbər lenti

Xəbər lenti