...

İKT-nin baş katibi Çinin Sincan bölgəsinə səfər edəcək

Dünya xəbərləri Materials 17 Avqust 2009 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir R. Hafizoğlu / 

İslam Konfransı Təşkilatının (İKT) baş  katibi Ekmələddin İhsanoğlu Çinin Sincan bölgəsinə səfər edəcək. Bu haqda  İKT-dən Trend -a daxil olan  məlumatda bildirilir.
Trend -un arayışı: İyulun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfər olub. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər. İKT-nin baş katibi hadisələrə münasibət bildirərək baş vermiş münaqişənin dialoq yolu ilə həllinin vacibliyini vurğulamışdı.
İKT baş katibini Çinə səfəri zamanı təşkilatın müsəlman azlıqları ilə iş üzrə komitəsinin rəhbəri Qasım əl-Məsri müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti