...

Əfqanıstanın Herat vilayətində əhalinin seçkilərdə iştirakına icazə verilməyib

Dünya xəbərləri Materials 20 Avqust 2009 17:52 (UTC +04:00)

Ölkənin qərb vilayətlərindən olan Herat vilayətinin Herat şəhərinin Cəbrayıl rayonunda uzun növbələrə duran seçicilərin seçki bülletenlərinin çatışmazlığı səbəbindən səsvermədə iştirakına icazə verilməyib. Bu barədə BBC Əfqanıstanın Lemar telekanalına istinadən məlumat verib.

Əfqanıstanda prezident seçkiləri başlayıb. 29 milyonluq Əfqanıstan əhalisinin 17 milyon nəfəri səsvermə hüququna malikdir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlamasından sonra bu seçkilər sayca ikinci olacaq. Bu prezident seçkilərində Kərzayinin əsas rəqibləri sabiq xarici işlər naziri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzidir.

Xəbər lenti

Xəbər lenti