...

MDB ölkələrinin xüsusi xidmət orqanları təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq etməlidirlər – Rusiya Prezidenti

Dünya xəbərləri Materials 4 Sentyabr 2009 17:10 (UTC +04:00)
"Milli təhlükəsizliyin təmin edilməsi üzrə məsələlərin həlli yalnız beynəlxalq səviyyədə birgə səylər nəticəsində mümkündür", - RF Prezidenti Dmitri Medvedev cümə günü MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin 10-cu müşavirəsinin iştirakçıları ilə görüşdə bildirib.
MDB ölkələrinin xüsusi xidmət orqanları təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq etməlidirlər – Rusiya Prezidenti

"Milli təhlükəsizliyin təmin edilməsi üzrə məsələlərin həlli yalnız beynəlxalq səviyyədə birgə səylər nəticəsində mümkündür", - RF Prezidenti Dmitri Medvedev cümə günü MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin 10-cu müşavirəsinin iştirakçıları ilə görüşdə bildirib. Məlumatı RİA Novosti yazır.

"Bütün təhlükəsizlik və kəşfiyyat xidməti orqanları milli maraqlara xidmət edir və bu belə də olmalıdır. Eyni zamanda, tarixi təcrübəni, MDB məkanındakı inteqrasiya proseslərini, həmçinin qlobal dünyada yaşadığımızı nəzərə alsaq, öhdəmizə götürdüyümüz hər bir tapşırıq yalnız milli üsullarla həll edilə bilməz", - Prezident deyib.

"Mən təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələləri nəzərdə tuturam", - Medvedev bildirib.

O qeyd edib ki, terrorizm, mütəşəkkil cinayətkarlıq və ekstremizm "milli xüsusiyyət daşımayan" proseslərdir.

"50 il bundan öncə hər bir ölkədə onlarla uğurla mübarizə aparmaq olardı. Belə ki, əlaqələr mövcud idi. Hazırda tamamilə qlobal məkanda yaşamağımız bu kimi fəaliyyətin və əlaqələrin faydalı olmasını bir daha sübut edir", - RF Prezidenti qeyd edib.

"Buna görə də mən Moskvada bu kimi forumların keçirilməsini alqışlayıram", - o deyib.

Müşavirədə RF-nin Xarici Kəşfiyyat Xidmətinin direktoru, Azərbaycanın milli təhlükəsizlik naziri, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, Belarusun Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Qazaxıstanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, Qırğızıstanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru, Tacikistanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin sədr müavinləri, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin sədri iştirak edib.

Xəbər lenti

Xəbər lenti