...

İranda "Müqəddəs müdafiə" həftəsi münasibəti ilə hərbi parad keçiriləcək

Dünya xəbərləri Materials 16 Sentyabr 2009 12:23 (UTC +04:00)
İranda “Müqəddəs müdafiə” həftəsi münasibəti ilə sentyabrın 22-də hərbi parad keçiriləcək. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, Sepah korpusu qüvvələri, Quru Qoşunlarə və Hərbi Hava Qüvvələri iştirak edəcək.
İranda "Müqəddəs müdafiə" həftəsi münasibəti ilə hərbi parad keçiriləcək

İranda "Müqəddəs müdafiə" həftəsi münasibəti ilə sentyabrın 22-də hərbi parad keçiriləcək. Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, Sepah korpusu qüvvələri, Quru Qoşunlarə və Hərbi Hava Qüvvələri iştirak edəcək. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnikanın nümayiş olunduğu hərbi paradlar keçirilir. İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatmış və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

İran Hərbi Hava Qüvvələrinin komandir müavini Məhəmməd Ələvi bildirib ki, hərbi paradda İran Hərbi Hava Qüvvələrinin onlarla qırıcı, yük daşıyan, yanacaq dolduran təyyarəsi iştirak edəcək. "Hava şəraiti əlverişli olarsa, paradda F-5, Saiqə, Mig-29, F7, SU24, F4, F14, C130 və s. təyyarələr iştirak edəcək", - deyə Ələvi bildirib.

Xəbər lenti

Xəbər lenti