...

İran yeni raket əleyhinə müdafiə sistemini nümayiş etdirəcək

Dünya xəbərləri Materials 21 Sentyabr 2009 12:13 (UTC +04:00)
İran sentyabrın 22-də keçiriləcək paradda yeni raket əleyhinə müdafiə sistemini nümayiş etdirəcək.
İran yeni raket əleyhinə müdafiə sistemini nümayiş etdirəcək

İran sentyabrın 22-də keçiriləcək paradda yeni raket əleyhinə müdafiə sistemini nümayiş etdirəcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Sentyabrın 22-də səhər saat 8-dən İmam Xomeyni məqbərəsinin şimalında keçiriləcək hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, Sepah korpusu qüvvələri, Quru Qoşunlar və Hərbi Hava Qüvvələri iştirak edəcək", - deyə hərbi paradın təşkili üzrə məsul şəxs, general Zəbihullah Namur bildirib.

Namurun sözlərinə görə, paradda Şahab 1, 2 və 3 və Siccil raketlərinin nümayişi ilə yanaşı, ilk dəfə olara raket əleyhinə müdafiə sistemi də nümayiş olunacaq.

Hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi texnika nümayiş olunan hərbi paradlar keçirilir. İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

Xəbər lenti

Xəbər lenti