Fransada və İngiltərədə erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə apardığı təbliğatlara qarşı geniş nümayişlərin təşkilatçısı olan Tələt Paşa komitəsinin nümayəndə heyəti Bakıya səfər edəcək. Bu haqda Trend komitənin rəsmi internet saytına istinadən məlumat verir.
Komitədən verilən məlumata görə, səfər oktyabrın 13-də baş tutacaq. Səfər "Haydı Bakı- 2009-a çiyin-çiyinə" şüarı adı altında keçirilir.