...

ABŞ oktyabrın sonunadək İraqdan 4000 əsgər çıxaracaq

Dünya xəbərləri Materials 30 Sentyabr 2009 14:50 (UTC +04:00)
İraqda Amerika ordusunun baş komandanı Rey Odierno oktyabrın sonunadək İraqdan ABŞ Silahlı Qüvvələrinin 4000 əsgərinin çıxarılacağı haqda bəyanat verib, Reyter agentliyi xəbər verir.
ABŞ oktyabrın sonunadək İraqdan 4000 əsgər çıxaracaq

İraqda Amerika ordusunun baş komandanı Rey Odierno oktyabrın sonunadək İraqdan ABŞ Silahlı Qüvvələrinin 4000 əsgərinin çıxarılacağı haqda bəyanat verib, Reyter agentliyi xəbər verir.

Amerika Silahlı Qüvvələrinin çıxarılması 2010-cu ilin sentyabrınadək davam edəcək. Bu barədə ötən ilin dekabr ayında İraq və ABŞ-ın imzaladıqları təhlükəsizlik haqda razılaşmada qeyd olunub.

ABŞ Konqresinin Silahlı Qüvvələr üzrə Komitəsinə yazılı müraciət edən Odiyerno göstərib ki, hazırda İraqda ABŞ ordusunun 124 min əsgəri və 11 döyüş qrupu var. Oktyabrın sonunadək əsgərlərin sayı 120 minədək azalacaq.

"Amerika hərbi qüvvələrinin İraqdakı sayı gələn ilin yanvarınadək 115 min nəfərədək azaldılacaq. Onların təmin edilməsi 441 milyon dollara başa gəlir", - Odiyerno deyib. "İraqda Amerikanın 100-ə yaxın bazası artıq bağlanıb", - o əlavə edib.

Pentaqon hələlik Odiyernonun bəyanatına şərh verməyib, belə ki, bəyanat rəsmi şəkildə çap edilməyib.

2010-cu ilin avqust ayınadək İraqda 30 mindən 50 minədək Amerika əsgərinin qalması nəzərdə tutulub. Onlar İraq Silahlı Qüvvələrini hazırlamalı və təchizatlandırmalı, həmçinin diplomatik və beynəlxalq missiyanın təhlükəsizliyini təmin etməlidirlər.

Odiyerno deyib ki, İraqda vəziyyətin yaxşılaşmasına baxmayaraq, patensial zorakılıq mənbələri hələ də mövcuddur, yanvar seçkiləri ərəfəsində ərəblər, kürdlər və terror təşkilatları arasında gərginliyin artacağı ehtimal edilir.

Onun sözlərinə görə, "Əl-Qaidə və ekstremist süni, şiə qruplaşmaları əvvəlki kimi regionda stabillik üçün təhlükə yaradırlar".

Xəbər lenti

Xəbər lenti