...

İran orbitə daha üç peyk buraxmağa hazırlaşır

Dünya xəbərləri Materials 2 Oktyabr 2009 13:34 (UTC +04:00)
İranın Əmir Kəbir adına Texnologiya Universitetinin rektoru Əlirza Rəhayi bildirib ki, orbitə buraxılmaq məqsədilə ölkədə üzərində iş aparılan üç peyk istehsalı üzrə layihənin biri Əmir Kəbir Universitetinin tədqiqat qrupu tərəfindən həyata keçirilir.
İran orbitə daha üç peyk buraxmağa hazırlaşır

İranın Əmir Kəbir adına Texnologiya Universitetinin rektoru Əlirza Rəhayi bildirib ki, orbitə buraxılmaq məqsədilə ölkədə üzərində iş aparılan üç peyk istehsalı üzrə layihənin biri Əmir Kəbir Universitetinin tədqiqat qrupu tərəfindən həyata keçirilir. "Peykin layihələndirilməsi və istehsal prosesi sona çatmaq üzrədir və yaxın gələcəkdə peyk orbitə buraxılacaq", - deyə Rəhayi deyib. Bu barəd İranın MEHR xəbər agentliyi mlumat yayıb.

Rəhayi əlavə edib ki, istehsal olunacaq yerli peyk təbii fəlakətləri (zəlzələ, quraqlıq və s.) izləmək üçün orbitə yerləşdiriləcək və gələcəkdə təbii fəlakətlərin nəticələri ilə mübarizəni koordinasiya etməkdə istifadə olunacaq.

İran cari ilin fevral ayında öz raketdaşıyıcısının köməkliyi ilə "Omid" (Ümid) - ilk milli peykini orbitə buraxıb. Bu, Qərbdə və Rusiyada narahatlıq yaradır, çünki ekspertlərin rəyinə görə, bu o deməkdir ki, İran uzaq məsafəli ballistik raketlərin yaradılmasına yaxındır. Beynəlxalq ictimaiyyət ehtiyatlanır ki, Tehran milli atom və raket proqramlarının reallaşdırılması adı altında nüvə başlıqları və onun tədarük vasitələrini yaratmağa çalışır. İranın hakim dairələri bildiriblər ki, ölkənin kosmik proqramı dinc mahiyyət daşıyır və tamamilə elmi-tədqiqat məqsədlidir.

Xəbər lenti

Xəbər lenti