...

İran Silahlı Qüvvələri Xəzər dənizində hərbi təlimlər keçiriblər

Dünya xəbərləri Materials 7 Oktyabr 2009 11:23 (UTC +04:00)
İranın Ali Lideri Ayətullah Əli Xameneinin Mazandaran əyalətinə səfəri çərçivəsində bu gün səhər (çərşənbə günü) Noşəhr şəhərində yerləşən İmam Xomeyni adına Hərbi Litseyin tələbələrinin iştirakı ilə ölkənin Silahlı Qüvvələri Xəzər dənizində hərbi təlimlər keçirib.
İran Silahlı Qüvvələri Xəzər dənizində hərbi təlimlər keçiriblər

İranın Ali Lideri Ayətullah Əli Xameneinin Mazandaran əyalətinə səfəri çərçivəsində bu gün səhər (çərşənbə günü) Noşəhr şəhərində yerləşən İmam Xomeyni adına Hərbi Litseyin tələbələrinin iştirakı ilə ölkənin Silahlı Qüvvələri Xəzər dənizində hərbi təlimlər keçirib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verib.

Təlimlər əsgərlərin peşəkarlığının, döyüş və psixoloji hazırlığının artırılması məqsədilə keçirilib. Təlimlərdə paraşüt-desant qoşunları, dalğıclar iştirak edib, gəmi və kater, artilleriya qurğuları, iri çaplı silah, zirehli və döyüş texnikasından istifadə olunub.

Təlimlərdə "Sina" layihəsi çərçivəsində Xəzər dənizində yeni suya salınmış "Deravş" adlı freqat da iştirak edib.

Ayətullah Xamenei oktyabrın 6-da İranın Mazandaran əyalətinə ikigünlük səfər edib. Onun səfəri bu gün sona çatacaq.

Xəbər lenti

Xəbər lenti