Türkiyə Prezidenti Abdullah Gül bu gün ölkənin Bursa şəhərində Türkiyə-Ermənistan futbol matçını izləmək üçün gələn Ermənistan Prezidenti Serj Sarkisyanla görüşüb. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
Bursaya futbol matçını izləməyə gələn Ermənistan Prezidenti Sarkisyanı Türkiyənin XİN başçısı Əhməd Davudoğlu qarşılayıb.
Telekanalın verdiyi məlumata görə, Türkiyə Prezidenti erməni həmkarının şərəfinə ziyafət verəcək. Ziyafətdən sonra ölkə rəsmiləri futbol matçını izləmək üçün Bursadakı Atatürk stadionuna yollanacaqlar.