İranın daxili işlər naziri Müstafa Nəccar oktyabrın 18-də İranın Bəluçistan əyalətində baş vermiş terror aktı ilə bağlı Pakistan səfər edəcək.
Oktyabrın 18-də İranın Bəluçistan əyalətində baş verən terror aktı nəticəsində 41 vətəndaş, o cümlədən İran İnqilabı Korpusunun iki generalı həlak olub. Partlayışa görə məsuliyyəti Condullah təşkilatı öz üzərinə götürüb.
Mehr agentliyinin oktyabrın 21-də yaydığı məlumatına əsasən, Nəccar Pakistana səfəri zamanı Condullah təşkilatının bu ölkədə həbsdə olan üzvlərinin İrana təhvil verilməsi məsələsini müzakirə edəcək.