...

Qafqazda problemlərin həlli üçün sağlam siyasi mühit yoxdur - Türkiyə XİN rəhbəri (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 17:18 (UTC +04:00)
Əgər Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman iki ölkə arasında əlaqələr qlobal nümunə olacaq. Bu barədə Türkiyənin xarici işlər naziri bu gün Türkiyə-Ermənistan protokollarını müzakirə edən Türkiyə Böyük Millət Məclisinin deputatları qarşısında çıxışı zamanı deyib.
Qafqazda problemlərin həlli üçün sağlam siyasi mühit yoxdur - Türkiyə XİN rəhbəri (ƏLAVƏ OLUNUB-2)

Red. əlav.: son iki abzas əlavə olunub

Əgər Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, o zaman iki ölkə arasında əlaqələr qlobal nümunə olacaq. Bu barədə Türkiyənin xarici işlər naziri bu gün Türkiyə-Ermənistan protokollarını müzakirə edən Türkiyə Böyük Millət Məclisinin deputatları qarşısında çıxışı zamanı deyib. Məlumatı TRT 2 telekanalı yayıb.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında Ankara ilə İrəvan arasında diplomatik əlaqələrin bərpası haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"Regiondakı problemlər mərhələ ilə həll olunmalıdır və Ermənistan-Türkiyə protokolları Ermənistan-Azərbaycan münaqişəsinin həllini tezləşdirəcək", - Davudoğlu deyib.

"Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dünyada Azərbaycanı belə möhkəm dəstəkləyən başqa bir ölkə yoxdur. Dağlıq Qarabağ məsələsinin həlli Türkiyə hökuməti üçün həmişə prioritet olub",- Türkiyənin XİN rəhbəri deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər şey edəcək.

"Qafqazda problemlərin həlli üçün sağlam siyasi mühit yoxdur", - xarici işlər naziri deyib.

Davudoğlunun sözlərinə görə, Qafqazdakı real vəziyyət heç kimin xeyrinə deyil.

"Biz bütün qonşularımızla olduğu kimi, Ermənistanla da əlaqələrimizin normallaşmasını istəyirik", - XİN rəhbəri deyib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, protokolların təsdiq olunması ilə Türkiyə və Ermənistan sərhədləri rəsmən tanınacaq.

"Türkiyə-Ermənistan protokolları ilə iki ölkə arasındakı sərhədlər rəsmi surətdə tanınacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti