...

Türkiyə xarici siyasətdə sərbəst hərəkət edir - XİN rəhbəri

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 19:10 (UTC +04:00)
Türkiyə öz tarixi boyunca xarici siyasətdə heç vaxt kiminsə tapşırığı ilə deyil, sərbəst hərəkət edib. Bu barədə Türkiyə Böyük Millət Məclisində deputatların qarşısında çıxış edən ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Türkiyə xarici siyasətdə sərbəst hərəkət edir - XİN rəhbəri

Türkiyə öz tarixi boyunca xarici siyasətdə heç vaxt kiminsə tapşırığı ilə deyil, sərbəst hərəkət edib. Bu barədə Türkiyə Böyük Millət Məclisində deputatların qarşısında çıxış edən ölkənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı TRT 3 telekanalı yayıb.

"Heç kim Türkiyəni günahlandıra bilməz ki, o, xarici qüvvələrin təsiri ilə hərəkət edir", - Davudoğlu deyib.

"Bursa şəhərində baş verən Azərbaycan bayrağı ətrafındakı hadisələr Türkiyənin xarici siyasətinin bir hissəsi deyil. Əgər kimsə bunu diplomatiya aləmində təqdim edirsə, deməli o, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyir", - Türkiyənin XİN rəhbəri əlavə edib.

Çərşənbə günü Türkiyə Parlamentində Türkiyə-Ermənistan protokollarının müzakirəsi başlanıb.

Müxalifət partiyalarından olan deputatlar Ankara və Yerevan protokollarının imzalanmasını kəskin tənqid ediblər və hakim partiyadan olan deputatların çıxışı zamanı parlament zalını tərk ediblər.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu bu protokolları imzalyıblar.

Xəbər lenti

Xəbər lenti