Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir A.Axundov/ 
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistan və İrana rəsmi səfər edəcək. Bu barədə cümə günü Anadolu informasiya agentliyi xəbər verib. 
Ərdoğan oktyabrın 25-26-da pakistanlı həmkarı Yusif Rza Gilaninin dəvəti ilə Pakistana səfər edəcək.
Pakistan səfərindən sonra Baş nazir İrana yola düşəcək və oktyabrın 27-dək orada olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]