...

İran Türkiyənin dostudur - Baş nazir Ərdoğan

Dünya xəbərləri Materials 26 Oktyabr 2009 12:22 (UTC +04:00)

"İran Türkiyənin dostudur", - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Britaniyanın "The Gardian" qəzetinə vediyi müsahibəsində bildirib.

Ərdoğan İslamabadda keçirilən danışıqlardan dərhal sonra Tehrana rəsmi səfər edəcək, CNN Turk xəbər verir.

"Heç şübhəsiz, Əhmədinejad bizim dostumuzdur. Dostluq münasibətlərindən əlavə, bizim çox gözəl əlaqələrimiz var və bizim aramızda bir problem yoxdur", - Ərdoğan deyib.

Onun sözlərinə görə,Türkiyə müsəlman dünyası ilə Avropa arasında körpü olmağa cəhd edir.

Ərdoğan Tehranda Ali dini lider Ayətullah Əli Xamenei və Prezident Mahmud Əhmədinejad ilə ölkələrarası ticari münasibətlərin, həmçinin İran qazının idxalı ilə bağlı razılaşmanı müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti