Küveytin Baş naziri Şeyx Nasir əl-Məhəmmədin başçılıq etdiyi nümayəndə heyəti bu gün İrana səfər edib. Məlumatı İRNA xəbər agentliyi yayıb.
Məlumata əsasən, küveytli nazir İran rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparacaq.
Səfərdə əl-Məhəmmədi Küveytin xarici işlər, neft, maliyyə, ticarət və energetika nazirləri müşayiət edir.