...

Rusiya Buşehr nüvə stansiyasını mart ayına kimi təhvil verməlidir - İranın XİN sözçüsü

Dünya xəbərləri Materials 24 Noyabr 2009 12:49 (UTC +04:00)
İranın XİN sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, Buşehr nüvə stansiyasının təhvil verilməsinin təxirə salınmasının səbəbi bəzi texniki problemlərlə bağlıdır, lakin Rusiya ilə aparılan sonuncu müzakirəyə əsasən, stansiya mart ayına kimi təhvil verməlidir. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Rusiya Buşehr nüvə stansiyasını mart ayına kimi təhvil verməlidir - İranın XİN sözçüsü

İranın XİN sözçüsü Ramin Mehmanpərəst çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, Buşehr nüvə stansiyasının təhvil verilməsinin təxirə salınmasının səbəbi bəzi texniki problemlərlə bağlıdır, lakin Rusiya ilə aparılan sonuncu müzakirəyə əsasən, stansiya  mart ayına kimi təhvil verməlidir. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Bizim Rusiya ilə apardığımız sonuncu müzakirəyə əsasən, Rusiya Buşehr nüvə stansiyasını hicri-şəmsi ili ilə isfənd (mart 2010-cu il) ayına kimi təhvil verməlidir", - deyə Mehmapərəst deyib.

"Ümid edirəm ki, Rusiya öz öhdəliklərini yerinə yetirəcək və Buşehr nüvə stansiyasını vaxtında təhvil verəcək", - o əlavə edib.

Trend -un arayışı: Buşehr nüvə stansiyasının tikintisinə İran İslam İnqilabından öncə başlanılıb. Bu nüvə stansiyasının tikintisi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. Buşehr nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Amma 10 il keçməsinə baxmayaraq, bu nüvə stansiyası hələ də fəaliyyətə başlamayıb. Buşehr nüvə stansiyasının tikintisini Rusiyanın "Atom İstroy Eksport" şirkəti aparır.

Xəbər lenti

Xəbər lenti