...

Gürcüstan Prezidenti Qurban bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib

Dünya xəbərləri Materials 28 Noyabr 2009 18:05 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Qurban bayramı münasibətilə Gürcüstandakı müsəlmanları təbrik edib. Saakaşvili əhalisi əsasən azərbaycanlılardan ibarət olan Marneuliyə gəlib və yerli məsciddə bayram tədbirində iştirak edib.
Gürcüstan Prezidenti Qurban bayramı münasibəti ilə azərbaycanlıları təbrik edib

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 28 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Qurban bayramı münasibətilə Gürcüstandakı müsəlmanları təbrik edib. Saakaşvili əhalisi əsasən azərbaycanlılardan ibarət olan Marneuliyə gəlib və yerli məsciddə bayram tədbirində iştirak edib.

"Mən Gürcüstan Prezidenti kimi, sizi sevirəm, belə ki, siz mənim xalqımın bir hissəsisiniz, siz bizimsiniz. Qurban bayramı bütün Gürcüstan xalqının bayramıdır, bu ümumi bayramdır", - o bildirib.

"Biz hamımız bir-birimizə kömək etməliyik və hamımız ölkəmizi - Gürcüstanı irəli çəkməliyik, bu, bizim etnik mənbəyindən asılı olmayaraq bütün vətəndaşlarından qayğı tələb edən ümumi ölkəmizdir", - o vurğulayıb.

Saakaşvili yerli azərbaycanlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair yerli hakimiyyətə bir neçə göstəriş verib. Bu, ilk növbədə su təminatı üçün əsas tikintinin inşasına aiddir. Prezident xalq ilə söhbət edib və mömin müsəlmanlar qarşısında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti