...

İran Prezidenti yanvarda Tacikistana səfər edəcək

Dünya xəbərləri Materials 24 Dekabr 2009 14:15 (UTC +04:00)
İranın Tacikistandakı səfiri Əliəsğər Şerdust bildirib ki, İran Prezidenti Mahmud Əhmədinejad yanvar ayının 6-7-də Tacikistana səfər edəcək.
İran Prezidenti yanvarda Tacikistana səfər edəcək

İranın Tacikistandakı səfiri Əliəsğər Şerdust bildirib ki, İran Prezidenti Mahmud Əhmədinejad yanvar ayının 6-7-də Tacikistana səfər edəcək. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Şerdust əlavə edib ki, Prezident Əhəmədinejadın səfəri zamanı iki ölkənin siyasi və iqtisadi rəsmiləri arasında görüş, müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir neçə sənədin imzalanması, İran və Tacikistan arasında müştərək sərmayə yatırımları ilə bağlı layihələrin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti