...

Gürcüstanda 23 yaşlı qadın virusdan vəfat edib

Dünya xəbərləri Materials 30 Dekabr 2009 11:24 (UTC +04:00)
Bu gün səhər Gürcüstanda 23 yaşlı qadın virusdan vəfat edib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin bildirdiyi kimi, Nana Gelaşvilinin hansı virusdan vəfat etməsi hələ məlum deyil.
Gürcüstanda 23 yaşlı qadın virusdan vəfat edib

Gürcüstan, Tbilisi, 30 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün səhər Gürcüstanda 23 yaşlı qadın virusdan vəfat edib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin bildirdiyi kimi, Nana Gelaşvilinin hansı virusdan vəfat etməsi hələ məlum deyil, belə ki, bu, yaxın vaxtlarda laborator müayinələrin yekununda məlum olacaq.

Yenicə ana olmuş Gelaşvili iki gün əvvəl ikitərəfli pnevmaniya ilə Kutaisi xəstəxanasına çatdırılıb. Qeysər kəsiyi nəticəsində həkimlər dölü çıxarıblar, körpənin vəziyyəti də ağırdır.

Bu günə qədər Gürcüstanda "donuz qripi"ndən 10 nəfər vəfat edib. Laborator müayinələr isə 1075 nəfərdə H1N1 virusunun olmasını təsdiq edib.

Xəbər lenti

Xəbər lenti