...

İran Prezidenti türkiyəli həmkarı ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 2 Yanvar 2010 14:05 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad türkiyəli həmkarı Abdullah Güllə telefon danışığı aparıb.
İran Prezidenti türkiyəli həmkarı ilə telefon danışığı aparıb

İran Prezidenti Mahmud Əhmədinejad türkiyəli həmkarı Abdullah Güllə telefon danışığı aparıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Telefon danışığında iki ölkə prezidenti regiondakı məsələlər, xüsusilə də Əfqanıstanla bağlı müzakirələr aparıb. "Təcrübə göstərir ki, Əfqanıstandakı problemin həlli hərbi yolla nəticə vermir. Buna görə də əfqanların hər şeydən çox ölkələrinin yenidən qurulması üçün köməyə ehtiyacları var", - Əhmədinejad deyib.

Abdullah Gül bildirib ki, İran regionda Türkiyə üçün ən əhəmiyyətli ölkələrdən biridir və Tehran-Ankara münasibətlərinin inkişaf etdirilməsini istəyir. O əlavə edib ki, iki ölkə prezidentinin regiondakı vacib məsələlər barədə davamlı şəkildə fikir mübadiləsi aparması həmin məsələlərin həllinə böyük kömək ola bilər.

Xəbər lenti

Xəbər lenti