...

Çində pirotexnika fabrikində partlayış baş verib, doqquz nəfər ölüb

Dünya xəbərləri Materials 2 Yanvar 2010 14:07 (UTC +04:00)
Çin Xalq Respublikasının şimal-qərbində fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı doqquz nəfər həlak olub.
Çində pirotexnika fabrikində partlayış baş verib, doqquz nəfər ölüb

Çin Xalq Respublikasının şimal-qərbində fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı doqquz nəfər həlak olub. Məlumatı BBC yayıb.

Sinxua informasiya agentliyinin məlumat verib ki, daha səkkiz nəfər xəsarət alıb.

Agentliyin məlumatına görə, həlak olanların əksəriyyəti pirotexnika müəssisəsinə işə götürülmüş yerli kəndlilərdir.

Polis partlayışdan sonra gizlənən fabrik rəhbərlərini axtarır.

Təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi səbəbindən hər il pirotexnika istehsalı üzrə müəssisədə yüzlərlə insan məhv olur.

Xəbər lenti

Xəbər lenti