...

Braziliya Prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 2 Yanvar 2010 14:54 (UTC +04:00)
Braziliya Prezidenti Luis İqnasio Lula da Silva 2010-cu ilin iyun ayında İrana rəsmi səfər edəcək.
Braziliya Prezidenti İrana səfər edəcək

Braziliya Prezidenti Luis İqnasio Lula da Silva 2010-cu ilin iyun ayında İrana rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verib.

Məlumata əsasən, Lula da Silva Prezident Mahmud Əhmədinejadın ötən ay Braziliyaya səfərinə cavab olaraq İrana gələcək. Lula da Silva İrandan Rusiya və Çinə səfər edəcək.

Braziliya Prezidentinin yaxın aylarda Yaxın Şərq ölkələrinə də səfər edəcəyi gözlənilir. Səfərin dəqiq vaxtı hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti