...

Türkiyədə hərbi çevriliş mümkün deyil - Türkiyə Prezidenti Abdullah Gül

Dünya xəbərləri Materials 4 Yanvar 2010 17:05 (UTC +04:00)
Türkiyə prezidenti Abdullah Gül ölkənin CNN Türk telekanalına verdiyi müsahibəsində, Türkiyədə hərbi çevrilişin münkün olmadığını bildirib.
Türkiyədə hərbi çevriliş mümkün deyil - Türkiyə Prezidenti Abdullah Gül

Türkiyə prezidenti Abdullah Gül ölkənin CNN Türk telekanalına verdiyi müsahibəsində, Türkiyədə hərbi çevriliçin münkün olmadığını bildirib.

" Türkiyədə hərbi çevriliş mümkün deyil " - deyə Abdullah Gül bildirib.

Onun sözlərinə görə bəzi xarici qüvvələr hərbi çevrilişin olmasını arzu edir, lakin belə bir hadisənin baş verəcəyini düşünmək türk ordusuna qarşı hörmətsizlik olardı.

Abdullah Gül onu da bildirib ki, Türkiyədə demokratiya günü-gündən güclənir.

"Türkiyə demokratiyası güclənməkdədir və bunun nəticəsində digər ölkələrin Türkiyəyə inamı artmaqdadır" - deyə Abdullah Gül bildirib.

Türkiyə prezidenti onu da qeyd edib ki, Ankara regionda güc sahibidir. Gülün sözlərinə görə, ölkə hakimiyyəti ilə ordu arasında da heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti