...

İran şirkəti ilk dizel mühərrikli minik kommersiya avtomobilinin kütləvi istehsalına başlayıb

Dünya xəbərləri Materials 20 Yanvar 2010 13:29 (UTC +04:00)

İranın "Zamiyad" şirkətinin maşınqayırma zavodunda yeni konveyerin işə salınması ilə ölkədə ilk dizel mühərrikli minik kommersiya avtomobilinin kütləvi istehsalına başlanılıb. Məlumatı IRNA agentliyi yayıb.

Yeni avtomobil istehsalının başlanılması mərasimi yanvarın 19-də sənaye və mədən nazirinin iştirakı ilə təşkil olunub. Dizel mühərrikli minik avtofurqonu "Avro 3" ekoloji standartlara cavab verir. Avtomobilin yanacaq sərfiyyatı 100 kilometrə təxminən 9 litrdir. Yeni avtomobilin əyləc sistemi, arxa körpü və hərəkət hissələrinə konstruktiv dəyişikliklərin edilməsi onun yükgötürmə qabiliyyətininin benzin mühərrikili avtomobillərə nisbətən 20 faiz artırılmasına imkan verib.

"Zamiyad" şirkəti elan edib ki, cari ilin sonunadək (20.03.2010-dək) 4 min dizel mühərrikli minik avtofurqonu istehsal ediləcək, 1389-cu ildə isə (21.03.10-20.03.11) yeni avtomobillərin istehsal həcmi 20 min ədəd təşkil edəcək. Dizel mühərrikli avtofurqonların dəyəri 147 milyon rial (təxminən 14,7 min dollar) həcmində müəyyən olunub.

Yeni kommersiya avtomobillərinin istehsalının başlanılması mərasimində sənaye və mədən naziri ilə yanaşı, "Saypa" maşınqayırma qrupunun baş direktoru, Tehran əyalətinin qubernatoru, Ətraf Mühitin Müdafiəsi Təşkilatının rəhbəri və Standartlaşdırma və Sənaye Araşdırmaları Təşkilatının rəhbəri iştirak edib.

Xəbər lenti

Xəbər lenti