İran İslam Respublikasının İraqdakı səfiri Həsən Kazımi Qummi bildirib ki, İran və İraq Xarici İşlər nazirliklərinin Konsulluq idarələri rəislərinin yanvarın 28-də Tehranda görüşü keçiriləcək. Məlumatı FARS xəbər agentliyi yayıb.
Kazımi Qummi əlavə edib ki, İraq xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini və nazirliyin Konsulluq İdarəsinin rəhbəri Məhəmməd Hacı Həmid yanvarın 28-də Tehrana səfər edəcək. O, səfər zamanı iki ölkə arasında konsulluq məsələlərini müzakirə edəcək.