...

İranın Firuzkuh şəhərində zəlzələ səbəbindən məktəblər bağlanacaq

Dünya xəbərləri Materials 22 Yanvar 2010 18:00 (UTC +04:00)

Yanvarın 20-də səhər İranın Firuzkuh şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib. Həmin zəlzələdən sonra Rixter cədvəli üzrə 2-3 bal gücündə müxtəlif saatlarda davamlı şəkildə daha 52 zəlzələ baş verib. Zəlzələnin davamlı şəkildə davam etməsi səbəbindən sabahdan etibarən Firuzkuh şəhərində məktəblərdə tətil olacaq. Bu barədə Firuzkuh şəhərinin icra başçısı İbrahim Kəsaiyan deyib. Məlumatı İran Dövlət Televiziyasının rəsmi xəbər saytı "IRIBNEWS" yayıb.

Məlumatda bildirilir ki, Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla saat 08:56-da, ikincinin isə 6 dəqiqə sonra baş verdiyini, digər zəlzələlərin isə müxtəlif saatlarda indiyədək davam etdiyini qeyd edib. Yanvarın 20-də baş vermiş zəlzələ nəticəsində evlərin pəncərələri sınıb, divarları çatlayıb və 10 nəfər yaralanıb. Ötən iki gün ərzində şəhərin orta təhsil müəssisələri və idarələrində tətil olub. Şəhər sakinləri gecəni küçələrdə keçirib. Şəhərin fövqəladə hallar təşkilatları əhalini idman komlekslərinin salonlarında yerləşdirib. Şəhər sakinlərindən bir çoxu şəhəri tərk etməyə başlayıb.

Firuzkuh şəhəri paytaxt Tehranın şimal-şərqində yerləşir.

Xəbər lenti

Xəbər lenti