...

Uranın 20 faizlik zənginləşdirilməsi barədə xoş xəbərlər veriləcək - İran Prezidenti

Dünya xəbərləri Materials 25 Yanvar 2010 11:02 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, "Fəcr ongünlüyü" bayram tədbirləri zamanı uranın 20 faizlik zənginləşdirilməsi haqqında xoş xəbərlər veriləcək. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Bu xoş xəbər o qədər şirin olacaq ki, dünyanın bütün azad xalqlarını sevindirəcək", - deyə Əhmədinejad bu gün səhər parlamentdə İranın gələn ilin (1389-cu il) dövlət büdcəsinin müzakirəsindən sonra jurnalistlərə deyib.

Əhmədinejad həmçinin əlavə edib ki, "Fəcr ongünlüyü"ndə xeyli xoş xəbərlər olacaq.

Hər il İran İslam İnqlabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 12-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti