...

Gürcüstanın xarici işlər naziri Londona səfər edib

Dünya xəbərləri Materials 27 Yanvar 2010 10:54 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze yanvarın 27-28-də NATO-nun himayəsi altında Londonda keçiriləcək Beynəlxalq konfransda iştirak edəcək.
Gürcüstanın xarici işlər naziri Londona səfər edib

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir, N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze yanvarın 27-28-də NATO-nun  himayəsi altında  Londonda keçiriləcək Beynəlxalq konfransda iştirak edəcək.

Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadzenin bazar ertəsi brifinqdə bildirdiyi kimi, aylans iştirakçıları üçün təşkil olunmasına baxmayaraq, konfransa İSAF iştirakçı ölkələri də dəvət olunub.

Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri Qriqol Vaşadze başçılıq edir. O, Əfqanıstanda sülhməramlı əməliyyatlara və onun əhəmiyyətinə dair məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti