...

Koreya Respublikasının Özbəkistanda yeni səfiri təyin edilib

Dünya xəbərləri Materials 1 Fevral 2010 10:52 (UTC +04:00)
Koreya Hökuməti Özbəkistanda yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib. Koreyanın elektron KİV bu barədə məlumat yayıb.
Koreya Respublikasının Özbəkistanda yeni səfiri təyin edilib

Özbəkistan, Daşkənd, 01 fevral / Trend , müxbir D.Əzizov/

Koreya Hökuməti Özbəkistanda yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib. Koreyanın elektron KİV bu barədə məlumat yayıb.

Koreyanın yeni səfiri Cun Dae Van yeni səfir təyin edilib. O, bu vaxtadək Koreyanın Beynəlxalq Əlaqələr Fondunda çalışıb (Korea Local Authorities Foundation for International Relations).

İndiyədək Koreyanın Özbəkistandakı səfiri vəzifəsini Kyon Ce Min icra edirdi.

Koreya 1991-ci il dekabrın 30-da Özbəkistan Respublikasının müstəqilliyini tanıyıb. Diplomatik əlaqələr 29 yanvar 1992-ci ildə qurulub.

Koreya Respublikası Özbəksitanda ən iri sərmayədarlardan biridir. Rəsmi statisik məlumatlara görə, hazırda Koreyanın Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyanın ümumi həcmi 2 milyard dolları keçib. O cümlədən Hökumətin İqtisadi inklişaf və əməkdaşlıq Fondu tərəfindən verilən güzəştli kreditlər 117 milyon dollar təşkil edir.

Özbəksitanda yüngül, kimyəvi, qida sənayesi, ticarət, maşınqayırma və metal emalı, yaşayış-kommunal təsərrüfatı, səhiyyə, turizm və xidmətlər sahələrində Cənubi Koreya kapitalının iştirakı ilə 350 müəssisə fəaliyyət göstərir.

Bundan əlavə, Özbəkistanda ixrac-idxal əməliyyatları, nəqliyyat xidmətləri, toxuculuq sahələrində fəaliyyət göstərən Cənubi Koreya şirkətlərinin 90-dan artıq nümayəndəliyi akkreditə olunub.

Xəbər lenti

Xəbər lenti