...

İran uranın mübadiləsi ilə bağlı rəsmi şəkildə təklif alarsa, müzakirələrə qoşula bilər - XİN-in mətbuat katibi

Dünya xəbərləri Materials 15 Fevral 2010 11:06 (UTC +04:00)
Ramin Mehmanpərəst, İran 20 faizlik uranın daxildə zənginləşdirilməsini dayandırarsa, ABŞ-ın bu ölkəyə 20 faizlik uran verməyə hazır olması barədə yayılan məlumatlara münasibət bildirərək deyib ki, İran yalnız 20 faizlik uranın satışı və ya mübadiləsi barədə rəsmi və yazılı şəkildə təkilf alarsa, müzakirələrə qoşulmağa hazırdır.
İran uranın mübadiləsi ilə bağlı rəsmi şəkildə təklif alarsa, müzakirələrə qoşula bilər - XİN-in mətbuat katibi

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst, İran 20 faizlik uranın daxildə zənginləşdirilməsini dayandırarsa, ABŞ-ın bu ölkəyə 20 faizlik uran verməyə hazır olması barədə yayılan məlumatlara münasibət bildirərək deyib ki, İran yalnız 20 faizlik uranın satışı və ya mübadiləsi barədə rəsmi və yazılı şəkildə təkilf alarsa, müzakirələrə qoşulmağa hazırdır. Bu barədə İLNA xəbər agentliyi məlumat verib.

"Biz dəfələrlə elan etmişik ki, 20 faizlik uranı zəngiləşdirməklə yanaşı, Tehran reaktoruna lazım olan yanacağı almağa və ya dəyişməyə hazırıq", - Mehmanpərəst əlavə edib.

İran fevral ayının 9-dan uranı 20 faiz zənginləşdirməyə başlayıb. İranın Nüvə Təşkilatının rəhbəri Əli Əkbər Salehi bidirib ki, İran ayda 3-3,5 kq 20 faizlik uran istehsal etmək qabiliyyətindədir. Əhmədinejad bugünkü çıxışında bildirib ki, 20 faizlik uranın istehsal həcmi yaxın gələcəkdə 3 dəfə artacaq.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırması üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti