...

Gürcüstan XİN-də Finlandiya səfiri ilə görüş keçirilib

Dünya xəbərləri Materials 17 Fevral 2010 20:28 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı qeyri-rezident səfiri Petri Salo ilə görüşüb.
Gürcüstan XİN-də Finlandiya səfiri ilə görüş keçirilib

Gürcüstan, Tbilisi, 17 fevral / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı qeyri-rezident səfiri Petri Salo ilə görüşüb.

"Tərəflər ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif aspektlərini, həmçinin regional və beynəlxalq əməkdaşlığın müxtəlif məsələlərini müzakirə ediblər", - XİN-nin informasiya və mətbuat departamentindən Trend -a deyilib.

Gürcüstanın xarici işlər nazirinin Finlandiyaya səfəri və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi barədə də söhbət aparılıb.

Tərəflər iki dost ölkə arasındakı əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı arzularını da dilə gətiriblər.

Xəbər lenti

Xəbər lenti