...

Konqresdə "erməni soyqırımı" məsələsinə baxılması Türkiyə-ABŞ münasibətlərinə zərbədir - Türkiyə Parlamentinin nümayəndəsi

Dünya xəbərləri Materials 1 Mart 2010 12:59 (UTC +04:00)
Türkiyə Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Murad Mərcan Konqresdə "erməni soyqırımı" məsələsinə baxılmasının qarşısını almaq məqsədi ilə ABŞ-a işgüzar səfər edib.
Konqresdə "erməni soyqırımı" məsələsinə baxılması Türkiyə-ABŞ münasibətlərinə zərbədir - Türkiyə Parlamentinin nümayəndəsi

Türkiyə Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Murad Mərcan Konqresdə "erməni soyqırımı" məsələsinə baxılmasının qarşısını almaq məqsədi ilə ABŞ-a işgüzar səfər edib. Məlumatı CNN Türk yayıb.

Vaşiqtona yola düşməzdən öncə Mərcan bildirib ki, Konqresdə müzakirə ediləcək 1915-ci il hadisələri Türkiyə-ABŞ münasibətlərinə zərər vuracaq.

ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman martın 4-də "erməni soyqırımı"na dair məsələnin müzakirəyə çıxarılmasını təklif edib.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib ki, Konqresdə "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılması təsadüfi deyildir, belə ki, bu, Ermənistan tərəfindən planlaşdırılıb.

Davudoğlunun sözlərinə görə, bu fakt Türkiyəyə təzyiq kimi istifadə olunur. O, həmçinin qeyd edib ki, ötən ilin avqustunda Ankara tərəfindən protokolların imzalandığı zaman bununla bağlı heç bir təzyiq göstərilmirdi.

Davutoğlu bildirib ki, qondarma soyqırımı müzakirəyə çıxarmaq nə Türkiyənin, nə ABŞ-ın, nə də Ermənistanın maraqlarına cavab vermir.

Xəbər lenti

Xəbər lenti