...

Dahi Ayətulla Hüseyn Əli Möntəzirinin həyat yoldaşı vəfat edib

Dünya xəbərləri Materials 27 Mart 2010 15:33 (UTC +04:00)
Ayətulla Xomeyninin hakimiyyəti dövründə İranın nüfuzlu siyasətçilərindən biri olan Ayətulla Hüseyn Əli Möntəzirinin həyat yoldaşı Məhsultan Rəbbani vəfat edib. Bu barədə kaleme.com internet səhifəsi məlumat verir.
Dahi Ayətulla Hüseyn Əli Möntəzirinin həyat yoldaşı vəfat edib

Ayətulla Xomeyninin hakimiyyəti dövründə İranın nüfuzlu siyasətçilərindən biri olan Ayətulla Hüseyn Əli Möntəzirinin həyat yoldaşı Məhsultan Rəbbani vəfat edib. Bu barədə kaleme.com internet səhifəsi məlumat verir.

Ayətulla Hüseyn Əli Möntəziri 2009-cu il dekabrın 19-da vəfat edib.

Ayətulla Möntəziri 1979-cu il İslam İnqilabının liderlərindən biri olub. 1980-ci ildən etibarən Xomeyninin varisi hesab olunub, lakin 1989-cu ildə daxili-xarici siyasət məsələlərinə görə Xomeyni ilə fikir ayrılğı səbəbindən gözdən düşüb. Xüsusilə də siyasi partiyaların leqallaşdırılmasının və Qərbə qarşı daha dəqiq siyasət yeridilməsinin tərəfdarı idi. Möntəzirinin Xomeynini tənqid etməsi son dərəcə açıq olduğundan, ona əhəmiyyət verməmək mümkün deyilmiş. Həmin tənqidin aşkarlığı onunla da təsdiqlənir ki, Möntəziri 1988-ci ildə siyasi məhbusların kütləvi edamını açıq şəkildə pisləyib. Nəticədə, Möntəziri 1989-cu ilin 28 mart tarixində bütün postlardan "istefa verdi", "Dahi Ayətulla" titulundan məhrum edildi və doğma şəhəri olan Qum şəhərinə köçdü.

Xəbər lenti

Xəbər lenti