...

Erməni tərəfi yenilənmiş Madrid prinsiplərinin bəzi bəndləri ilə razı deyil - rusiyalı həmsədr Yuri Merzlyakov

Dünya xəbərləri Materials 29 Mart 2010 13:34 (UTC +04:00)
Erməni tərəfi yenilənmiş Madrid prinsiplərinin bəzi bəndləri ilə razı deyil. Bunu rusiyalı həmsədr Yuri Merzlyakov Xankəndidə deyib. Məlumatı "Armenia Today" yayıb.
Erməni tərəfi yenilənmiş Madrid prinsiplərinin bəzi bəndləri ilə razı deyil - rusiyalı həmsədr Yuri Merzlyakov

Erməni tərəfi yenilənmiş Madrid prinsiplərinin bəzi bəndləri ilə razı deyil. Bunu rusiyalı həmsədr Yuri Merzlyakov Xankəndidə deyib. Məlumatı "Armenia Today" yayıb.

Onun sözlərinə görə, hazırda həmsədrlərin irəli sürdükləri son təkliflər razılaşdırılır. Erməni tərəfi artıq bəzi bəndlər üzrə öz narazılığını bildirib. "Lakin biz vəziyyəti gərginləşdirmirik. Belə ki, bir neçə il bundan əvvəl də Ermənistanın qəbul etdiyi Madrid prinsirpləri ilə bağlı həmin vəziyyət yaranmışdı, lakin indi məlum oldu ki, bu, tam qəbul olunmayıb", - o bildirib. Merzlyakov, həmçinin, qeyd edib ki, tərəflər dörd bənd istisna olmaqla, Madrid prinsipləri üzrə ümumi razılığa gəliblər.

Merzlyakov qeyd edib ki, bu onun ATƏT-in Minsk qrupunun həmsədri kimi regiona son səfəridir. Onu yeni vəzifə gözləyir, onu kimin əvəzləyəcəyi isə hələlik bəlli deyil.

Öz növbəsində fransalı həmsədr Bernar Fasye qeyd edib ki, Madrid prinsipləri üzrə təkliflər hələ müzakirə olunur və tərəflərin vaxtaşırı ümumi razılığa gəlmələri faktı prosesin ciddiliyindən və qarşılıqlı anlaşmanın olmasından xəbər verir. "Müharibə münaqişənin həlli ola bilməz. Biz öz fikrimizdə qalırıq ki, bu məsələnin hərbi yolla həlli yoxdur. Müharibə olarsa, çox az şey dəyişəcək, əksinə, məsələ daha ciddi şəkil alacaq", - Fasye hesab edir.

Xəbər lenti

Xəbər lenti