...

İranın Sistan və Bəluçistan əyalətində zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Aprel 2010 10:53 (UTC +04:00)
Bu gün gecə İranın Sistan və Bəluçistan əyalətinin Funuc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib.
İranın Sistan və Bəluçistan əyalətində zəlzələ baş verib

Bu gün gecə İranın Sistan və Bəluçistan əyalətinin Funuc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 00:04-də baş verdiyini qeyd edib.

Məlumatda zəlzələ nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Xəbər lenti

Xəbər lenti